Qapalı Sahədən Xilasetmə | Confined Space Rescue training course

image not found!

Qapalı Sahədən Xilasetmə | Confined Space Rescue training course

Qapalı Sahə Nədir?

Hər il dünyada müxtəlif istehsalat sahələrində mürəkkəb qurğulardan tutmuş saxlanma çənlərinədək qapalı sahələrdə çoxlu sayda insan tələf olur. Bundan əlavə, bir çox insanda ciddi xəsarət alır. Ölənlərin sırasına təkcə qapalı sahədə çalışanlar deyil, həmçinin onları xilas etməyə çalışan, lakin xüsusi təlim keçməmiş və müvafiq avadanlığa malik olmayan şəxslər (60%-dək) də daxildir. Təhlükəsiz İş Sisteminin tələblərinə görə Qapalı Sahədə işləri icra etmədən öncə Fövqəladə Hallar zamanı Xilasetmə planı (Təxliyyə planı) hazırlanmalı və Xilasetmə işləri yalnız təlim keçmiş işçilər tərəfindən həyatat keçirilməlidir.

 

G&I Training Academy sizlərə nəzəri və praktiki olaraq Qapalı Sahədən Xilasetmə (Confined Space Rescue) Təlimi təklif edir. 

 

Təlimin məqsədi: Qapalı Sahədə xilasetmə işlərini həyata keçirən şəxslərin (xilasedicilərin) bilik və bacarqılarının artırılmasıdır. 

 

Təlim kimlər üçün nəzərdə tutulub: Qapalı Sahədə işləyənlər və xilasetmə əməliyyatlarına cəlb olunan personal üçün nəzərdə tutulmuşdur.

 

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

  • Qapalı sahədə təhlükələri

  • Qapalı sahədə Riskin Qiymətləndirilməsini

  • Qapalı Sahədən xilasetmə üsullarını

  • Qapalı Sahədən xilasetmə avadanlıqlarından istifadəni

  • Qapalı Sahədən zərəçəkmişlərin necə təxliyyə olunmasını

  • Fərdi Mühafizə vasitələrindən istifadəni

 

Mövzular: 

  • Giriş / Tanışlıq

  • Fövqəladə Hallar zamanı tədbirlər

  • Qapalı Sahə haqqında anlayış

  • Qapalı Sahədə çalışan İşçilərin və digər səlahiyyətli şəxslərin öhdəlikləri

  • Qapalı Sahələrdəki təhlükələr

  • Təhlükəsiz iş sistemi (İşin İcrasına İcazə - Permit To Work -PTW)

  • Qapalı Sahədə işləmək üçün tələb olunan sənədlər

  • Təhlükəli atmosfer və atmosfer testi (havanın yoxlanması)

  • Qapalı Sahə üzrə nəzarət tədbirləri

  • Enerjinin təcrid olunması

  • Fövqəladə Hallar və Xilasetmə işlərinin təşkili

  • Qapalı Sahədə Xilasetmə planı (Təxliyyə planı)

  • Fövqəladə Hallar Zamanı Xilasetmə Əməliyyatı

  • Qapalı Sahədən xilasetmə üsulları (Rescue Techniques)

  • Çağrışa Cavab vermə müddəti (Defining Response Time)

  • Reaksiya müddəti (Reaction Time)

  • Əlaqə müddəti (Contact Time)

  • Müdaxilə (çagırışa cavab) Müddəti (Response Time)

  • Qiymətləndirmə müddəti (Assessment Time)

  • Hazırlıq Müddəti (Preparation Time)

  • Xilasetmə müddəti (Rescue Time)

  • Qapalı Sahədən xilasetmə avadanlıqlar və onlardan istifadə (Rescue Equipment)

  • Tənəffüs aparatı ​​ (SCBA - Self Contained Breathing Apparatus)

  • Üçayaqlı dayaqlar (Tripodlar)

  • Vinçlər (Winches)

  • Havalandırma Sistemləri (Ventilation Systems)

  • Fərdi Mühafizə Vasitələrindən istifadə - Kəndirlər və Təhlükəsizlik kəmərləri (Ropes and safety Harness)

  • Qapalı Sahədən zərəçəkmişlərin təxliyyə olunması

  • Qapalı Sahədə çalışan işçilərin və digər səlahiyyətli şəxslərin öhdəlikləri

  • Qapalı Sahədə Xilasetmə komandasının öhdəlikləri - rollar

  • Nəzəri hissənin qiymətləndirilməsi

  • Təlimin 2-ci günü praktiki hissə - Qapalı Sahədə Xilasetməni həyata keçirmək 

  • Praktiki hissənin qiymətləndirilməsi

 

Təlim müddəti: 2 gün / Nəzəri və Praktiki

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.

 

Fövqəladə hallar zamanı Xilasetmə